Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Florida Texasa əlavə qoşun göndərir

Florida Texasa əlavə qoşun göndərir

Tarix: 25 Fevral 2024 13:42

Florida qubernatoru Ron Desantis cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün Texasa Milli Qvardiya və ştatın yol patrul xidmətlərindən ibarət əlavə qüvvələr göndərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Desantisin saytında bildirilib.

"ABŞ Prezidenti Co Baydenin sərhəd böhranı hər bir ştatı sərhəd ştatına çevirib, bu da ərazi suverenliyimizin mühafizəsi üçün daha aktiv addımların atılmasını tələb edir. Mən Texasda xidmət edən hər bir hüquq-mühafizə orqanının əməkdaşına, milli qvardiyaçıya və dövlət qvardiyasının üzvünə səmimi təşəkkürümü bildirmək istəyirəm", - deyə o qeyd edib.

Qeyd edək ki, Texasa ümumilikdə 50 qvardiyaçı, həmçinin Floridanın yol patrul xidmətinin 76 əsgəri göndərilib.

Milli.Az


Etiketlər:  Florida Texasa əlavə qoşun göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ