Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 07:36
Fələstin hökuməti bu gün istefa verəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Mayadin" telekanalı məlumat yayıb.
Bildirilib ki, baş nazir Məhəmməd Ştaye istefa mətnini Fələstin liderinə təqdim edəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.
Qeyd edilir ki, Prezident Mahmud Abbas bu addımı bəzi regional oyunçuların və ABŞ-ın ona göstərdiyi təzyiqlərə görə atır.