Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malidə avtobus körpüdən aşıb, 31 nəfər ölüb

Malidə avtobus körpüdən aşıb, 31 nəfər ölüb

Tarix: 28 Fevral 2024 08:26

Malidə avtobusun körpüdən aşması 31 nəfərin ölümü, 10 nəfərin isə yaralanması ilə nəticələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Afrika ölkəsinin Nəqliyyat və İnfrastruktur Nazirliyi feysbukda bildirib.

Nazirlik qeyd edib ki, hadisə yerli vaxtla ötən gün saat 17:00 radələrində baş verib. Ağır yol-nəqliyyat hadisəsi baş vermə səbəbi idarəetmənin itirilməsi ilə əlaqələndirilir.

Nəqliyyat vasitəsinin Burkina-Faso istiqamətində hərəkət etdiyi vurğulanıb.

Milli.Az


Etiketlər:  Malidə avtobus körpüdən aşıb 31 nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ