Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kəpəz”in legioneri: “Kabablarınızdan doymuram”

“Kəpəz”in legioneri: “Kabablarınızdan doymuram”

Tarix: 28 Fevral 2024 18:38

"Gəncəlilər istiqanlı insanlardır. Bunu özümə qarşı münasibətdən deyə bilərəm".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Kəpəz"in yarımmüdafiəçisi Junior Martins klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Braziliyalı futbolçu azarkeşlərin dəstəyini xüsusi vurğulayıb: "Diqqət göstərirlər, hörmət edirlər. Oyunumla onların etimadını qazanmağa çalışıram. Hələ ki, pis alınmır. Burada günlərim yaxşı keçir. Ara-sıra ailəm də Gəncəyə gəlir. Bir müddət öncə vətənə döndülər. Azərbaycan mətbəxini sevirəm. Sadəcə, təamların adlarını yadda saxlamaq mənim üçün çətindir. Kabablarınız olduqca dadlıdır. Adam yedikcə doymur".

24 yaşlı futbolçu komandaya baş məşqçi postuna Adil Şükürovun gəlişi ilə çıxışlarında yaxşı mənada fərqin yarandığını da bildirib: "Performansımız artıb. Qalib də gəlirik, uduzuruq da. Amma oyunumuzda günbəgün inkişaf müşahidə olunur. Komanda həm yaxşı oyun sərgiləməyə, həm də nəticə qazanmağa çalışır. Bu, futboldur, bəzən bəxtin gətirmir. Çempionatda qalmağa köklənmişik. Fanatlarımıza da minnətdarlığımı bildirmək istəyirəm. Həmişə bizimlədirlər, dəstək verirlər. Uduzanda da bizi tək qoymurlar. Matçlarımıza daha da çox azarkeşin gəlməsini istərdim".

Qeyd edək ki, Martins "Kəpəz"in heyətində bu mövsüm meydana çıxdığı 24 oyunda 3 qol, 3 asistlə yadda qalıb. Gəncəlilər 23 xalla Premyer Liqada 9-cu yerdə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Kəpəzin legioneri Kabablarınızdan doymuram


RƏYLƏR