Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kloppu ləyaqətlə yola salmalıyıq

Kloppu ləyaqətlə yola salmalıyıq

Tarix: 28 Fevral 2024 21:18

"Liverpul"un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allister bildirib ki, klubun oyunçuları Yurgen Kloppu layiqincə yola salmağa çalışmalıdırlar. 

Milli.Az lent.az-a istinadən bildirir ki, almaniyalı mütəxəssis bu mövsümün sonunda "Liverpul"u tərk edəcək.

"Yurgenin gedəcəyini bildiyimiz an bir növ dəli olduq. İctimaiyyətə məlum olandan beş dəqiqə əvvəl bizə dedilər. Salahın yanında oturub nə olduğunu soruşdum. O, "Məşqçi gedir" deyə cavab verdi. Düşünürdüm ki, Klopp indi getmək qərarına gəlib, amma sonra onun mövsümün sonuna qədər qalacağı məlum oldu.

Yurgen uzun illəri burada keçirdi və biz ona ən yaxşısını arzulayırıq. Bu xəbər bizi daha da həvəsləndirdi, çünki bu hadisəni xüsusi etməliyik. Onun gedişi xoş olmalıdır", - Allister söyləyib.

Milli.Az


Etiketlər:  Kloppu ləyaqətlə yola salmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ