Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AP Nikolu alqışladı: Hazır olaq, Kreml qəzəblənəcək

AP Nikolu alqışladı: Hazır olaq, Kreml qəzəblənəcək

Tarix: 28 Fevral 2024 22:14

Biz görürük ki, Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan təhlükəsizlik baxımından Rusiyadan asılılığını azaltmaq üçün aydın siyasi iradə nümayiş etdirir. Onu da xatırlayırıq ki, ötən il oktyabrın 17-də cənab Paşinyan Ermənistanın Avropanın mümkün hesab etdiyi qədər Avropaya yaxın olmaq istədiyini demişdi.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu sözləri Avropa Parlamentinin üzvü, Litvanın keçmiş baş naziri Andrus Kubilius Avropa Parlamentinin iclasında Ermənistan-AB münasibətləri haqda danışarkən deyib.

O bildirib ki, Baş nazir Nikol Paşinyanın cəsarətli bəyanatını və bu ölkəni Avropa Birliyinə yaxınlaşdıran addımları alqışlayırlar:

"Avropa Parlamenti siyasi cavab verməli, Ermənistanla gələcək real münasibətlər üçün iddialı gündəm təklif etməlidir. Biz Ermənistanı inteqrasiyanın bütün üstünlüklərindən istifadə edəcək Avropa ailəsinin bir hissəsi kimi görmək istəyirik. AB Ermənistanı AB ilə addım-addım yaxınlaşmağa, o cümlədən onun namizəd statusuna hazırlaşması üçün geniş xəritə hazırlamalıdır.

Digər tərəfdən, Ermənistanın bu cür cəsarətli davranışına Rusiyanın qəzəblə reaksiya verəcəyi və bunun Ermənistan üçün təhlükəsizlik və iqtisadi baxımından çağırışa çevriləcəyi göz qabağındadır. Ermənistana Avropa Birliyi və Qərb demokratiyasından təminat lazımdır və AB Rusiyanın Ermənistan üçün yaratdığı iqtisadi çağırışları qəbul etməlidir.

Ermənistanın Avropa perspektivi sabitliyin bərqərar olması üçün yeganə yoldur. Bu, Azərbaycan üçün də faydalı olacaq".

Milli.Az


Etiketlər:  AP Nikolu alqışladı Hazır olaq Kreml qəzəblənəcək


RƏYLƏR