Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Trabzonspor" Türkiyə kubokunun yarımfinalında!

Tarix: 29 Fevral 2024 00:00

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Trabzonspor" doğma meydanda "Başakşəhər"i qəbul edib.

Görüş "bordo-mavililər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Trabzonspor" yarımfinalda "Qalatasaray" - "Fatih Karagümrük" matçının qalibi ilə qarşılaşacaq. Görüş fevralın 29-da baş tutacaq.

Qeyd edək ki, ötən gün "Ankaragücü" "Fənərbağça"ya 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdıran ilk komanda olub.

Milli.Az


Etiketlər:  Trabzonspor Türkiyə kubokunun yarımfinalında


RƏYLƏR