Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Döyülən hakim derbi matçına təyinat aldı

Döyülən hakim derbi matçına təyinat aldı

Tarix: 1 Mart 2024 15:00

Türkiyə Superliqasının 28-ci turu çərçivəsində martın 3-ü keçiriləcək "Beşiktaş" "Qalatasaray" derbisini baş hakim Halil Umut Meler idarə edəcək.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən il dekabrın 11-də keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" (1:1) matçında döyülərək xəstəxanaya yerləşdirilən referi 3 ay sonra yaşıl meydanlara qayıdacaq.

O, İstanbul derbisində fit sahibi olacaq.

Qeyd edək ki, Halil Umut Melerin ötən il baş tutan "Ankaragücü" - "Çaykur Rizespor" (1:1) matçında verdiyi qərarlardan narazı qalan meydan sahiblərinin prezidenti Faruk Koca referini yumruqla vurmuşdu. Hakim aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilmişdi. Faruk Koca isə "Ankaragücü"nün prezidenti postundan istefa vermişdi.


Etiketlər:  Döyülən hakim derbi matçına təyinat aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ