Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2024 20:56
Ryazan vilayətinin Bodibildinq Federasiyasının prezidenti, eləcə də bu idman növü üzrə dünya, Avropa və Rusiyanın mütləq çempionu Olqa Boqrunova ağır yaralanıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, üz, boyun və qol nahiyəsində yanıq xəsarətləri aldığı üçün reanimasiyaya yerləşdirilib.
Bu, Borqunovanın səhlənkarlığı ucbatından baş verib. 41 yaşlı qadın idmançı siqaret çəkərkən, güclü küləyin təsiri ilə köz qadının saçlarına tökülüv və alışaraq yayılıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Olqa Sklifosovski Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Qeyd edək ki, faciə baş verən zaman idmançı avtomobil idarə edirmiş.