Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2019 05:24
Bakı. Trend:
İraqın paytaxtı Bağdadda hökumət əleyhinə etiraz aksiyalarının keçirildiyi yerin yaxınlığında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayıcı qurğu avtomobilin altında quraşdırılıb. Partlayış noyabrın 15-də axşam saatlarında etirazların keçirildiyi Təhrir meydanının yaxınlığında yerləşən əl-Təyarən meydanında baş verib.
Oktyabr ayının əvvəlindən davam edən etirazlar zamanı aksiya iştirakçıları hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizəni və daha yaxşı yaşayış şəraitini tələb edirlər. İraqın Baş naziri nümayişlərin başlamasından əvvəl Nazirlər Kabinetində yerdəyişmələri və seçki qanununda dəyişiklik etməyi planlaşdırdığını açıqlamışdı. Bununla birlikdə, bütün hökumətin istefasını ölkəni xaosa sürükləyəcəyini söyləmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin