Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2024 21:30
Adətən tikintisinə yeni başlanan, tikilməkdə olan binadan ev alanlar bəzən müxtəlif problemlərlə qarşılaşırlar. Binaya vaxtında təhvil verilmir, ya da bəzi hallarda eyni mənzilin bir neçə şəxsə satılması faktları üzə çıxır.
İnsanlar sırf bu səbəbdən tikintisi başa çatmayan binalardan deyil, hazır mənzilləri almağa üstünlük verdiklərini deyirlər. Ancaq iş orasındadır ki, Bakıda tikintisi başlamayan binaların da bəzən mənzilləri öncədən satılır. Üstəlik hazır evlərlə müqayisədə belə mənzillər ucuz təklif olunduğundan alıcıları cəlb edir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ramil Qasımzadə deyir ki, aldanmamaq üçün alıcılar bəi məqamlara diqqət etməlidirlər. MTK sahiblərindən binanın torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihəni tələb edə bilərlər.
Ekspert deyir ki, həmçinin MTK rəhbərliyi sadalanan sənədləri dövlət reyster xidmətinə təqdim etməlidir. Reysterə təqdim edilən sənədlər qaydasında olan zaman vətəndaşların aldıqları mənzilə öncədən çıxarış hazırlanır. Bu isə mənzillərin başqa şəxslərə satılmasının qarşısını alır. Ekspert həmçinin qeyd edir ki, hazırda həmin məsələ ilə bağlı elektron portal da hazırlanır.
Hazırda həmin portal üzərində iş gedir və yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: