Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2024 07:24
"WhatsApp"da istifadəçilər üçün möhtəşəm yeniliklər gəlir. Belə ki, artıq digər tətbiqlərdən gələn ismarışları burdan da oxumaq mümkün olacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Bildirilir ki, beta versiyasının istifadəçiləri "WhatsApp"da mesencerin "Telegram" və digər xidmətlərlə əlaqələndirilməsi bölməsini aşkarlayıblar.
"2.24.6.2 nömrəsi altında "Third-party chats" (Üçüncü tərəf çatları) adlı menyu aşkar edilib", - deyə xəbərdə bildirilir.
Məlumata görə, bölmədə iki düymə görünüb: "Söndürmək" və "Seçilmiş proqramlar".
O da vurğulanır ki, "WhatsApp" üçüncü tərəfin çatlarını birləşdirməyəcək - gələn mesajlar ayrıca siyahıda göstəriləcək.
Yeniliyin nə vaxt hər kəs üçün əlçatan olacağı açıqlanmayıb.