Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbsxanaya silahlı hücum: yüzlərlə məhbus azad edildi

Həbsxanaya silahlı hücum: yüzlərlə məhbus azad edildi

Tarix: 3 Mart 2024 10:20

Silahlı qrupların üzvləri Haitinin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək, orada bir neçə yüz məhbusu azad ediblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə şənbə günü Gazette Haiti xəbər portalı məlumat yayıb.

Hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Məhkumlar buraxıldıqdan sonra həbsxana nəzarətçiləri sərbəst buraxılıb. Hücum silahlı qruplarla mübarizə aparmaq üçün Haitiyə sülhməramlı kontingent göndərilməsi barədə razılığa gələn Keniyada respublikanın baş naziri Ariel Henrinin olmadığı vaxt baş verib.

Milli.Az


Etiketlər:  Həbsxanaya silahlı hücum yüzlərlə məhbus azad edildi


RƏYLƏR