Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində doğum nisbətinin artırılması üçün lotereya biletləri paylanacaq

Çində doğum nisbətinin artırılması üçün lotereya biletləri paylanacaq

Tarix: 3 Mart 2024 18:02

Çinin Sian şəhərinin hakimiyyəti nikah şəhadətnaməsini təqdim edən yeni evlənənlərə veriləcək lotereya biletlərinə 700 min yuan (təxminən 165 min manat) ödəyəcək.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu yolla səlahiyyətlilər doğum nisbətini artırmağa çalışırlar.

Kampaniya noyabrın 30-dək davam edəcək. Mükafatların ölçüsü və uduşlu biletlərin sayı məlum deyil.

Xatırladaq ki, Çinin əhalisi artıq ikinci ildir ki, azalır. Eyni zamanda, uşaqların doğulması 2016-cı illə müqayisədə iki dəfə azalıb.

Ölkə adambaşına düşən ÜDM-ə nisbətdə uşaq böyütmək üçün ən bahalı yerlərdən biridir.


Etiketlər:  Çində doğum nisbətinin artırılması üçün lotereya biletləri paylanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ