Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnquşetiyada terrora hazırlaşan 6 silahlı məhv edilib

İnquşetiyada terrora hazırlaşan 6 silahlı məhv edilib

Tarix: 3 Mart 2024 20:00

Rusiya Federasiyası İnquşetiya Respublikasının Karabulak ərazisində yaşayış binasında əməliyyat başa çatıb və 6 yaraqlı məhv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə RİA Novosti-nin regional təhlükəsizlik güclərindəki mənbəsi bildirib.

"İlkin məlumatlara görə, toqquşma zamanı altı yaraqlı öldürülüb", - deyə mənbə bildirib və əlavə edib ki, hazırda terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, KTO-nun işə başlaması ilə bağlı mesajlar ötən gecə saat 19:30-da gəlməyə başlayıb. Silahlıların qarşısı Karabulakdakı yaşayış binalarından birində alınıb. Rusiya Federasiyası FSB-nin məlumatına görə, quldurlar terror cinayətləri törətməyi planlaşdırıblar və təslim olmaqdan imtina ediblər.

Milli.Az


Etiketlər:  İnquşetiyada terrora hazırlaşan 6 silahlı məhv edilib


RƏYLƏR