Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2024 20:22
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino qurumun mavi vərəqələrin tətbiqinə qarşı olduğunu bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "The Guardian" İnfantinonun bu sözlərini sitat gətirir:
"FIFA qəti şəkildə mavi vərəqələrə qarşıdır. Olmaz".
Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) aşağı liqalarda mavi vərəqələrin sınaqdan keçirilməsinə başladığını elan edib. Vərəqə hakimlərlə həddindən artıq mübahisələrə və taktiki qayda pozuntularına görə futbolçulara göstəriləcək. Bir oyunçu mavi vərəqə alarsa, 10 dəqiqə cəzalandırılacaq. Bir matçda iki mavi vərəqə oyundan çıxarılmağa bərabər tutulacaq - oyunçuya qırmızı vərəqə göstəriləcək.