Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisinin daha bir rəqibi dəqiqləşdi

Azərbaycan millisinin daha bir rəqibi dəqiqləşdi

Tarix: 5 Mart 2024 13:58

Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Millimiz Albaniya yığması ilə qarşılaşacaq. Görüş iyunun 7-də baş tutacaq. Oyunun keçiriləcəyi məkan və başlama saatı hələ dəqiqləşməyib.

Qeyd edək ki, yığmamız bu ay iki yoldaşlıq görüşünə çıxacaq. Komandamız "FİFA Series" çərçivəsində martın 22-də Monqolustan, 25-də Bolqarıstanla üz-üzə gələcək.

Milli.Az


Etiketlər:  Azərbaycan millisinin daha bir rəqibi dəqiqləşdi


RƏYLƏR