Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ağ atlı oğlan" arvadını təbrik etdi, həbs olundu - VİDEO

Tarix: 6 Mart 2024 12:02

Rusiyanın Ksmerovo şəhərində arvadını ağ atın belində təbrik etməyə yollanan kişi həbs olunub.

Milli.Az bildirir ki, xırda xuliqanlıqda suçlanmış 31 yaşlı Sergey 3 sutkalıq cəbslə cəzalandırılııb.

Sergey işlədiyi fermadan ağ atı 3 sutkalıq "icarəyə" götürüb və həmimn atın belində kirayənişin olduğu mənzilə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinə qalxıb.

"Sərxoş idim, heç nə yadımda deyil", - Sergey deyib.

Onun aravadı Yekaterina da ərinin belə "romantik perfomansı"ndan təəccüblənib: "Gecə saat 3 idi. Qapı döyüldü, açanda gördüm Sergeydir. At belində mənzilə girib "Səni sevirəm, Katya! 8 Mart bayramını təbrik edirəm!" dedi.  Oğlumla təəccüblə baxırdıq ona".

Mənzilin sahibi belə "romantika"nı layiqincə dəyərləndirməyib və Sergeylə ailəsinin həftəsonunadək mənzili tərk etmələrini istəyib.

Milli.Az


Etiketlər:  atlı oğlan arvadını təbrik etdi həbs olundu VİDEO


RƏYLƏR