Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messi mənə susmalı olduğumu dedi" - Tite

Tarix: 16 Noyabr 2019 18:16

Braziliya millisinin baş məşqçisi Tite Argentina ilə yoxlama oyunu zamanı rəqib komandanın kapitanı Lionel Messi ilə arasındakı dialoqdan danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 58 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmanın hakiminə etiraz etdiyi üçün 32 yaşlı hücumçu ona əl işarəsi ilə susmalı olduğunu söyləyib: "Hakimə etiraz etdim, çünki Messi sarı vərəqə almalı idi. Messi isə əli ilə mənə susmalı olduğumu bildirdi, mən də ona eynisini söylədim. Bu haqda daha danışmaq istəmirəm. Güclü hakimlərə ehtiyacımız var. Messiyə vərəqə verilməli idi, etiraz etmək hüququna malik idim".

Qeyd edək ki, Argentina Braziliyaya Messinin penaltidən vurduğu qolla qalib gəlib.


 


Etiketlər:  Messi mənə susmalı olduğumu dedi Tite


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ