Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2019 21:40
Bakı. Trend:
İraqın güc strukturları Bağdadın şimalında İŞİD terror qruplaşmasının iki yerli rəhbərini zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə "Baghdad Al Youm" xəbər portalı bildirib.
Silahlılara qarşı aparılan əməliyyatda Daxili İşlər Nazirliyi yanında Federal Kəşfiyyat və İstintaq Agentliyinin qüvvələri iştirak edib.
Axtarılan terrorçular Kərkük vilayətinin Ər-Riyad rayonunda aşkar edilərək məhv edilib.
Bundan əlavə, Anbar əyalətində hərbi kəşfiyyat tərəfindən məscidlərdən birində terror hücumunun qarşısı alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin