Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2024 20:30
Qərb qoşunlarının Ukraynaya göndərilməsi eskalasiyaya gətirib çıxaracaq və bu, diplomatik həlli mümkünsüz edəcək.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto deyib.
"NATO qoşunlarının Kiyevə gətirilməsi diplomatiyanın yolunu bağlayacaq, bu, bir istiqamətdə eskalasiyaya doğru addım demək olardı. NATO Ukraynadakı münaqişənin lap əvvəlindən ondan kənarda qalıb. Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsindən bəhs edən Fransa, eləcə də Polşa öz adından danışa bilər, lakin bütün ittifaq qüvvələrin adından danışa bilməz", - o bildirib.
İtaliyalı nazir hesab edir ki, Kiyevi silahla təmin etmək düzgün addımdır.