Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 06:30
Müğənni Vüqar Muradova qarşı dələduzluq edilib.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi feysbuk səhifəsində paylaşım edib.
O, telefon nömrəsi satan şəxs tərəfindən aldadıldığını bildirib. Müğənni məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib:
"Nömrə satışı ilə bağlı bir qız təklif göndərdi və 50 manat beh göndərdim. Sonra nömrəmi blok etdi. Digər nömrədən yazdım onu da blok etdi. Zəhmət olmasa, bir tədbir görərdiniz. Sizə güvənimiz sonsuzdur".