Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qranit Caka: “Qarabağ”la matçda nə etməli olduğumuzu bilirik”

Qranit Caka: “Qarabağ”la matçda nə etməli olduğumuzu bilirik”

Tarix: 13 Mart 2024 11:00

"Qarabağ"a qarşı necə oynamalı olduğumuzu yaxşı bilirik".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Bayer"in futbolçusu Qranit Caka deyib.

32 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la sabah keçiriləcək oyunu barədə fikirlərini açıqlayıb. İsveçrəli futbolçu Almaniya klubuna qələbə üçün nəyin lazım olduğunu açıqlayıb: "Bundesliqada necə oynadığımızı, amma avrokubokların tam fərqli olduğunu başa düşürük. Pley-off sistemli oyunlar başqadır. Lakin nə etməli olduğumuzu da bilirik. Soyuqqanlılığı və konsentrasiyanı qorumalıyıq. Ümid edirəm ki, növbəti mərhələyə biz keçəcəyik".

Qeyd edək ki, "Bayer" - "Qarabağ" görüşü sabah Leverkuzendəki "BayArena"da baş tutacaq.

Milli.Az


Etiketlər:  Qranit Caka Qarabağla matçda etməli olduğumuzu bilirik


RƏYLƏR