Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2024 15:18
Prezident İlham Əliyev 10 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, siyahıya Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri - gömrük xidməti general-mayoru əlavə olunub.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.