Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2024 20:00
"Qızlarım mənim fanatlarımdır. Mənim iki qanadımdır".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Xeyirli axşamlar" proqramında deyib. Müğənni övladları Nərgiz və Çinarədən danışıb. O, aparıcının "Qızların səni bu görünüşünlə tanıdı" sualına belə reaksiya verib:
"Böyük qızım nəsə olanda göndərir mənim stilistim Elnur Həsənova ki, anam üçün edə bilərsiniz? Hansısa bir tanınmış insanın əynində geyim görəndə, nəsə eskiz tapanda göndərir. Balaca qızım da eynən".
Xasiyyətindən danışan Lalə "İnsanlara hörmətlə yanaşıram, çünki özümə qarşı da onu istəyirəm. Heç kimin şəxsi həyatına girmərəm. İnsanlar arasında hörmət məsafəni keçəndə dağılır. Özümlə tək qalanda bilirəm, hansı mənfi tərəflərim var. Zamanla görəndə ki, insanlar onlara verdiyim dəyərdən başlarını itirir. Elə bilirlər ki, elə belə də dəyərlidirlər. Elə insanları necə dağın başına qaldırıramsa, elə də təpəsiüstə yerə vururam. Elə itirəm ki, məni tapa bilmirlər" sözlərini söyləyib.