Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2019 01:24
Bakı. Trend:
Honkonqdakı radikal hökumət əleyhdarları Siyasi Universitetin korpusu yaxınlığındakı körpünü yandırıblar.
Trend-in məlumatına görə, yerli vaxtla saat 19.00 radələrində Honkonq Politexnik Universitetindəki iğtişaşların iştirakçıları tədris mərkəzinin korpusunu metro stansiyası ilə birləşdirən körpünü yandırıblar, çox sayda partlayış səsləri eşidilib.
Alov ərazidə hər kəs üçün təhlükə yaradaraq körpünün altındakı yola da düşüb. İğtişaş iştirakçıları, basqına müdaxilə etməyə cəhd göstərən polisə molotov kokteylləri atıblar.
Hüquq-mühafizə orqanları iğtişaşçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin