Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda arvadını baltalayan 69 yaşlı kişi təcridxanada öldü

Azərbaycanda arvadını baltalayan 69 yaşlı kişi təcridxanada  öldü

Tarix: 15 Mart 2024 20:44

Lənkəranda 10 gün əvvəl arvadına, sonra özünə xəsarət yetirən şəxs ölüb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, martın 5-də Lənkəran rayonunun Mamusta kəndində 69 yaşlı Şahəddin Bayram oğlu Məlikov əvvəlcə həyat yoldaşı, 72 yaşlı  Xanımqız Həsən qızı Məlikovaya balta ilə, sonra özünə bıçaqla xəsarət yetirib. Ş.Məlikov şübhəli şəxs qismində saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun bu gün Bakıda saxlanıldığı istintaq təcridxanasında öldüyü bildirilir.

Ş.Məlikovun ürək tutmasından vəfat erdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Azərbaycanda arvadını baltalayan 69 yaşlı kişi təcridxanada öldü


RƏYLƏR