Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspert: Trans-Xəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur

Ekspert: Trans-Xəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur

Tarix: 18 Noyabr 2019 10:06

Bakı. Ləman Zeynalova - Trend:

Trans-Xəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur.

Bunu Trend-ə fransalı ekspert Fransis Perren deyib.

O bildirib ki, Türkmənistan təbii qaz ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yerdədir:

"Hazırda Türkmənistan boru kəməri ilə əsasən Çinə qaz ixrac edir, amma ölkə ixracın genişlənməsində və şaxələnməsində maraqlıdır. Bu məqsədə çatmaq üçün əsas marşrut Trans-Xəzər boru kəməridir. Bu kəmər Türkmənistan qazının Azərbaycan, Gürcüstan, Türkiyə və ya Azərbaycan, Gürcüstan, Rumıniya vasitəsilə Avropa İttifaqına nəqlinə imkan verəcək".

Onun sözlərinə görə, bu layihə Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənir, çünki qaz tədarükü mənbələrini şaxələndirməyə imkan verəcək:

"Trans-Xəzər qaz kəməri "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsinə çevrilə bilər. Bu marşrut Avropa İttifaqına 2020-ci ildən Azərbaycan qazını idxal etməyə imkan verəcək, ona görə də "Cənub Qaz Dəhlizi" Aİ-nin strateji və iqtisadi marağındadır. Aİ bu layihəyə investisiya qoymağa hazırdır, bir sıra beynəlxalq maliyyə təşkilatları da layihəyə maraq göstərir".

F.Perren hesab edir ki, layihə üçün Türkmənistan, Azərbaycan, Gürcüstan və Aİ arasında sıx əməkdaşlıq təmin olunmalıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ekspert Trans Xəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ