Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp seçkilərdə məğlub olacağı təqdirdə ABŞ-ın “qan gölünə” çevriləcəyini deyib

Tramp seçkilərdə məğlub olacağı təqdirdə ABŞ-ın “qan gölünə” çevriləcəyini deyib

Tarix: 17 Mart 2024 08:46

ABŞ-ın keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmədiyi təqdirdə ABŞ-ın "qan gölünə" çevriləcəyinə inanır.

Milli.Az report.az-a istinadən bildirir ki, siyasətçi Daytonda tərəfdarları qarşısında çıxışı zamanı deyib:

"Mən seçilməsəm, qan gölməçəsi olacaq. Və bu, baş verəcək ən kiçik şeydir. Bu ölkə qan gölünə çevriləcək", - deyə o əlavə edib.

Tramp bildirib ki, builki seçiklər əhəmiyyətinə görə əvvəlki seçkiləri üstələyir: "Biz tənəzzüldəyik. Amma biz hər şeyi dəyişəcəyik. Biz ABŞ-ı yenidən böyük ölkəyə çevirəcəyik".

Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Tramp seçkilərdə məğlub olacağı təqdirdə ABŞ ın qan gölünə çevriləcəyini deyib


RƏYLƏR