Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Antarktidada buzlaq sahəsi son 45 ilin ən aşağı həddinə düşdü

Antarktidada buzlaq sahəsi son 45 ilin ən aşağı həddinə düşdü

Tarix: 17 Mart 2024 17:02

2023-cü ilin yay mövsümündə Antarktidada ümumi buzlaq sahəsi 1,8 milyon kvadratmetr təşkil edib və son 45 il ərzindəki minimuma enib.

2024-cü ilin fevral ayında buzlaq sahəsi iki milyon kvadratmetrə qədər artıb, lakin bu mövsüm hələ də ən aşağı buzlaq göstəricilərinə görə ilk üçlükdədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun Mətbuat Xidməti xəbər verib.

Alimlər qeyd edirlər ki, son üç ildə Antarktidanın əksər ərazilərində hava şəraiti həmişəkindən daha isti olub ki, bu da güclü küləklərlə birlikdə nəhəng buzsuz ərazilərin yaranmasına səbəb olub.

Milli.Az


Etiketlər:  Antarktidada buzlaq sahəsi son 45 ilin ən aşağı həddinə düşdü


RƏYLƏR