Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var

Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var

Tarix: 17 Mart 2024 22:57

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında bildirib.

Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etdiyini xatırladan dövlətimizin başçısı bildirib: "Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir".

Milli.Az


Etiketlər:  Prezident Azərbaycan NATO tərəfdaşlığının uzun tarixi var


RƏYLƏR