Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ququş Azərbaycanla bağlı suala belə cavab verdi - FOTO

Ququş Azərbaycanla bağlı suala belə cavab verdi - FOTO

Tarix: 18 Mart 2024 13:55

Dünya şöhrətli azərbaycanlı müğənni Ququş Azərbaycana gəlməyi çox istədiyini deyib.

Milli.Az bildirir ki, olay-ın məlumatına görə, sənətçi izləyicilərinin suallarını cavablandırıb. O, "Biz Azərbaycan mahnılarını sizin səsinizdə eşitmək istəyirik. Cənubi azərbaycanlı olaraq niyə bu günə kimi ana dilinizdə bir albom hazırlamamısınız" sualına belə cavab verib:

"Çox gözəl sualdır. Mən çox istərdim, amma studiyada yazılmış cəmi bir əsərim var, o da "Ayrılıq"dır. Təəssüf ki, İrandan ayrı düşdüm. Müxtəlif ölkələrdə, şəhərlərdə konsert verirəm, ancaq fürsət olmadı ki, Azərbaycanda da konsert verim. Hər zaman arzum olub və indi də arzu edirəm. Bu dediyiniz ideya, fikrimcə çox gözəldir. Azərbaycana getməliyəm, bunu çox istəyirəm".

Qeyd edək ki, Ququş (Faiqə Atəşin) 5 may 1950-ci ildə Tehranda dünyaya gəlib. Atası Sabir və Anası Nəsrin Atəşin olub.

Ququş 1970-ci illərdə İranın ən sevilən qadın müğənnisi idi. Lakin həmin illərdə İran rejimi dəyişir deyə, öncə onun mahnıları qadağan edilir, daha sonra isə "evlənmədən eşq münasibəti yaşayır" adı ilə həbs edirlər. Dönəmin bütün sənətçiləri xaricə qaçsa da, o, İranda qalır.

1990-cı ildə evlənərək Amerikaya köçür, 20 il fasilədən sonra albom buraxır və albomu satış rekordları qırır. Qısa müddətdə yenidən zirvəyə yüksələn və əvvəlki şöhrətini özünə qaytaran Ququş xüsusilə də ölkəsini tərk etmək məcburiyyətində qalan iranlılar və rejim əleyhdarları üçün ümid və azadlıq simvoluna çevrilib.

Milli.Az


Etiketlər:  Ququş Azərbaycanla bağlı suala belə cavab verdi FOTO


RƏYLƏR