Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kloppu özündən çıxaran AXMAQ SUAL

Kloppu özündən çıxaran AXMAQ SUAL

Tarix: 18 Mart 2024 15:04

Yurgen Kloppla ingiltərəli jurnalist arasında ciddi anlaşılmazlıq yaşanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, xoşagəlməz hadisə İngiltərə kubokunun 1/4 final mərhələsinin "Mançester Yunayted" - "Liverpul" oyunundan sonra keçirilən mətbuat konfransında yaşanıb.

Media nümayəndəsinin iki sualı almaniyalı mütəxəssisi özündən çıxarıb. Klopp hər iki cavabında yetərincə əsəbi olub.

- İntensivlik sizin oyunun ikinci adıdır. Niyə əlavə vaxtda belə ağır oldu?
- Bir az axmaq sual olduğunu deməliyəm. Bizim və "Mançester Yunayted"in son vaxtlar nə qədər oyun keçirdiyini deyə bilmərəm. Bu sual məni məyus edir. Amma siz yəqin ki, bunu yaxşı sual hesab edirsiz.

- Deməli, oyun sayı həddən artıq çoxdur?
- Bəsdir, aydındır ki, siz bu gün yaxşı formada deyilsiz. Mənim də əsəblərim sizə tab gətirməyəcək.

Qeyd edək ki, "Mançester Yunayted" əlavə vaxtda 4:3 hesablı qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Kloppu özündən çıxaran AXMAQ SUAL


RƏYLƏR