Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın futbolçusu millinin heyətindən ÇIXARILDI

“Qarabağ”ın futbolçusu millinin heyətindən ÇIXARILDI

Tarix: 19 Mart 2024 16:36

Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq "FIFA series - Edition 2024" layihəsində mübarizə aparacaq yığmanın futbolçusu Aleksey İsayev heyətdən çıxarılıb. Buna "Qarabağ"ın yarımmüdafiəçisinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az


Etiketlər:  Qarabağın futbolçusu millinin heyətindən ÇIXARILDI


RƏYLƏR