Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çinin ən böyük developeri fırıldaqçılıqda ittiham edilir

Çinin ən böyük developeri fırıldaqçılıqda ittiham edilir

Tarix: 19 Mart 2024 21:46

Çinin ən böyük developeri "Evergrande Group" 2019-2020-ci illərdə gəlirlərini 78 milyard ABŞ dolları həcmində artıq göstərməkdə ittiham olunur ki, bu da Çin tarixində ən böyük korporativ defolta səbəb ola bilər.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi Çinin Qiymətli Kağızlar Komissiyasının materiallarına istinadən məlumat yayıb.

Tənzimləyicinin məlumatlarına görə, "Evergrande"nin bölməsi olan "Hengda Real Estate" qəsdən gəlirlərini 2019-cu ildə 214 milyard yuan (29,7 milyard ABŞ dolları), bir il sonra isə daha 350 milyard yuan (48,6 milyard ABŞ dolları) artıq göstərib. Bu, mənfəətin müvafiq olaraq 63% və 87% şişirdilməsi ilə nəticələnib.

"Qiymətli Kağızlar Komissiyası "Hengda"nı hesabatları saxtalaşdırdığına və 2,89 milyard ABŞ dolları dəyərində qeyri-qanuni istiqraz buraxdığına görə 4,18 milyard yuan (581 milyon ABŞ dolları) cərimələyib", - agentlik yazıb.

Milli.Az


Etiketlər:  Çinin ən böyük developeri fırıldaqçılıqda ittiham edilir


RƏYLƏR