Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özbəkistanda da güclü zəlzələ oldu

Özbəkistanda da güclü zəlzələ oldu

Tarix: 22 Mart 2024 10:36

Özbəkistanın paytaxtı Daşkənddə və bu ölkənin bir sıra digər regionlarında zəlzələ baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Respublika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 5,4 maqnitudada zəlzələnin episentri Tacikistanda olub: "Zəlzələnin ocağı Daşkənddən 313 km cənub-şərqdə hiss olunub".

Mərkəzin məlumatına görə, yeraltı təkanlar Daşkənd və Sırdərya vilayətində 2 bal, Əndican və Namanqan vilayətlərində 2-3 bal, Fərqanə vilayətində 3 bal gücündə hiss olunub.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

Milli.Az


Etiketlər:  Özbəkistanda da güclü zəlzələ oldu


RƏYLƏR