Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kremldən əhaliyə xəbərdarlıq: Müharibə vəziyyətindəyik, hamı...

Kremldən əhaliyə xəbərdarlıq: Müharibə vəziyyətindəyik, hamı...

Tarix: 22 Mart 2024 17:46

Ukraynada keçirilən xüsusi hərbi əməliyyat Qərbin müdaxiləsi səbəbindən artıq müharibəyə çevrilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz müharibə vəziyyətindəyik. Bəli, bu, xüsusi hərbi əməliyyat kimi başladı, lakin orada bu qruplaşma yaranan kimi, kollektiv Qərb Ukrayna tərəfində bunun iştirakçısına çevrildikdə, bizim üçün bu, artıq hərbi əməliyyata çevrildi. Müharibə. Mən buna əminəm. Bunu hər kəs öz daxili səfərbərliyi üçün başa düşməlidir", - Peskov "Arquments and Facts" saytına müsahibəsində deyib.

O qeyd edib ki, Rusiya Ukraynanın hərbi potensialının onun vətəndaşlarının və ərazilərinin təhlükəsizliyini təhdid etməməsi üçün hərəkətə keçməyə davam edəcək.

Peskov qeyd edib ki, Rusiya Federasiyası öz sərhədlərində Krımı ələ keçirmək üçün hər hansı üsuldan istifadə etmək niyyətində olan bir dövlətin olmasına icazə verə bilməz.

Milli.Az


Etiketlər:  Kremldən əhaliyə xəbərdarlıq Müharibə vəziyyətindəyik hamı


RƏYLƏR