Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi” – “Spartak” oyunu ləğv olundu - YENİLƏNİB

“Neftçi” – “Spartak” oyunu ləğv olundu - YENİLƏNİB

Tarix: 23 Mart 2024 16:36

16:34

Bu gün keçirilməli olan "Neftçi" - "Spartak" (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bununla bağlı Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.

"Neftçi" baş vermiş hadisəyə görə kədərləndiyini bildirib, başsağlığı verib.

Qeyd edək ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

---------

12:42


Bu gün Bakıda keçiriləcək "Neftçi" - "Spartak" matçı 1 dəqiqəlik sükutla başlayacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.

Buna Krasnoqorskda baş verən terror aktı səbəb olub.

Qeyd edək ki, görüş saat 18:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Neftçi Spartak oyunu ləğv olundu YENİLƏNİB


RƏYLƏR