Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yığmalar tarixində ən erkən qol

Yığmalar tarixində ən erkən qol

Tarix: 24 Mart 2024 14:16

Avstriyalı futbolçu Kristof Baumqartner milli komandalar tarixində ən erkən qolun müəllifi olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, o, Slovakiya ilə yoldaşlıq oyununum 6-cı saniyəsində fərqlənib.

Bratislavada keçirilən qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb. Bundan əvvəlki rekord almaniyalı hücumçu Lukaş Podolskiyə məxsus olub. O, 2013-cü ildə Ekvadorla görüşün 7-ci saniyəsində rəqibi məyus edib.

Qeyd edək ki, Slovakiya yığması UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olacaq.


Milli.Az


Etiketlər:  Yığmalar tarixində ən erkən qol


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR