Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sankt-Peterburqda bomba xəbəri - insanlar təxliyə edildi

Sankt-Peterburqda bomba xəbəri - insanlar təxliyə edildi

Tarix: 24 Mart 2024 18:52

Sankt-Peterburqda "London Mall" ticarət mərkəzindən ziyarətçilər bomba xəbərinə görə təxliyə edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Polisə Kollontai küçəsindəki London Mall-a partlayıcı yerləşdirdiyini bildirən bir şəxs zəng edib.

Hazırda binaya partlayıcı maddələr üzrə ekspertlər tərəfindən baxış keçirilir. İlkin məlumata görə, zəng edən şəxs saxlanılıb.

Milli.Az


Etiketlər:  Sankt Peterburqda bomba xəbəri insanlar təxliyə edildi


RƏYLƏR