Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kilometrajı geri çəkilən avtomobili necə müəyyən etmək olar? - VİDEO

Kilometrajı geri çəkilən avtomobili necə müəyyən etmək olar? - VİDEO

Tarix: 25 Mart 2024 09:24

Özünə xaricdən avtomobil sifariş edən bəzi sürücülər maşınların yürüş məsafəsinə müdaxilə edildiyini deyirlər. Onlar iddia edirlər ki, avtomobilin göstərilən yürüş məsafəsi ilə real qət etdiyi məsafə arasında kəskin fərq olur. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, avtomobil ustası Sahil Ağabəyli bildirir ki, son zamanlar belə şikayətlər artıb. Avtomobil alan şəxslər az kilometrajlı maşınlara üstünlük verirlər. Belə maşınlar xarici bazarlarda baha olduğundan bəzi işbazlar ucuz qiymətə yürüş məsafəsi çox olan avtomobili alaraq sonradan onun kilometrajını geri çəkirlər.

S.Ağabəyli deyir ki, xaricdən avtomobil sifariş edənlər mütləq qaydada avtomobilin sığorta keçmişi ilə maraqlansınlar. Sığorta keçmişi olmayan maşınların kilometrajının çəkilmə ehtimalı yüksəkdir. Daxili bazardan maşın alanlar da aldadıla bilər. Çünki bəzi satıcılar ili köhnə avtomobillərin də kilometrajını geri çəkirlər.

Qeyd edək ki, avtomobilin kilometrajını geri çəkən şəxslər istehlakçıları aldatma maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb oluna bilərlər. İstehlakçının aldadılması 40-500 manat arası olduqda həmin şəxs və yaxud şəxslərə üç min manatdan beş min manatadək cərimə və ictimai işlərə cəlb olunma, 500 manatdan artıq olduqda isə beş-yeddi min manatadək cərimə və ya altı aylıq azadlıqdan məhrum etmə cəzası verilə bilər. 

Ətraflı süjetdə:

Milli.Az


Etiketlər:  Kilometrajı geri çəkilən avtomobili necə müəyyən etmək olar VİDEO


RƏYLƏR