Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2024 00:08
Rusiyanın xüsusi xidmət orqanları "Krokus Siti Holl"dakı terror aktı ilə bağlı təhqiqatı davam etdirir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Fikir vermisinizsə, hələlik heç bir rəsmi versiya irəli sürülməyib. Hansı nəticə çıxacağını gözləmək lazımdır. Xüsusi xidmət orqanları əsaslandırılmış versiya irəli sürmək üçün işləyir", - Peskov qeyd edib.