Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Avtomobil yolları haqqında” qanun dəyişdi

“Avtomobil yolları haqqında” qanun dəyişdi

Tarix: 28 Mart 2024 15:00

Prezident İlham Əliyev "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunun tətbiqi və "Avtomobil yolları haqqında" Qanunun tətbiq edilməsi barədə" fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, müəyyən edilib ki, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

Həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;

Həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.

Nazirlər Kabineti "Avtomobil yolları haqqında" Qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etməlidir.

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

2.1-ci bənddə "19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində və yeddinci hissəsində (ikinci halda)" sözləri "19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci cümləsində, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda)" sözləri ilə əvəz edilib;

2.2-ci bəndə "Qanunun" sözündən sonra "19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) və" sözləri, "orqan" sözündən sonra "(qurum)" sözü əlavə edilib;

2.3-cü bənddən "19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində (birinci halda), 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda), yeddinci (birinci halda), 19-3-cü maddəsinin altıncı (hər iki halda), 19-4-cü maddəsinin üçüncü (hər iki halda)," sözləri çıxarılıb;

Aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilib:

"2.3-1. həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";

2.12-ci bənd aşağıdakı redaksiyada verilib:

"2.12. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;";

2.13-cü bənddən "və yeddinci hissəsində" sözləri çıxarılıb;

Aşağıdakı məzmunda 2.13-2-ci bənd əlavə edilib:

"2.13-2. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;".


Etiketlər:  Avtomobil yolları haqqında qanun dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ