Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən yaxın adamı Paşinyana etiraz edir

Ən yaxın adamı Paşinyana etiraz edir

Tarix: 29 Mart 2024 12:20

Ermənistanda hakim "Mülki müqavilə" Partiyası parçalanır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Bildirilib ki, partiya daxilində əvvəlki birlik yoxdur: "İki əks-qütb yaranır: Nikolistlər və Qriqoryanlar. Söhbət ondan gedir ki, həmişə qərbyönümlü siyasəti ilə seçilən, Rusiya əleyhinə bəyanatlar verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu dəfə baş nazir Nikol Paşinyanın Avropaya meyl etmək siyasətinə qarşı çıxır".

Nəşrin məlumatına görə, o, müzakirələr zamanı Ermənistanın Rusiyadan uzaqlaşmasının mənfi nəticələrini faktlarla təqdim edir: "Armen Qriqoryanın fikincə, Ermənistanın inkişafı regional əməkdaşlıq formatında mümkündür və bu məsələdə Rusiya mühüm rol oynayır".


Milli.Az


Etiketlər:  Ən yaxın adamı Paşinyana etiraz edir


RƏYLƏR