Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2024 15:52
Ermənistan Teleradio Şəbəkəsi Qapalı Səhmdar Cəmiyyətinin direktoru Muşeq Militonyan istefa verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, o, istefasının səbəbini açıqlamayıb.
Qeyd edək ki, M.Militonyan Ermənistan Yazıçılar İttifaqının sədri Edvard Militonyanın oğludur. O, 2019-cu ildən bu vəzifədə işləyirdi.
Bir müddət əvvəl Ermənistan Teleradio Şəbəkəsi "RTR-Planeta" telekanalının "Vladimir Solovyovla axşam" müəllif verilişinin bağlanmasına qərar verib. M.Militonyanın istefasının bu məsələ ilə bağlı olub-olmadığı məlum deyil.