Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Fənərbağça” azarkeşlərinə ÇAĞIRIŞ: "Oyuna bileti..."

“Fənərbağça” azarkeşlərinə ÇAĞIRIŞ:

Tarix: 31 Mart 2024 16:06

Türkiyənin "Fənərbağça" futbol klubunun prezidenti Əli Koç klub azarkeşlərini "Qalatasaray"la ölkə Superkuboku matçına bilet almamağa, idarə heyətinin iclasının nəticələrini gözləməyə çağırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, aprelin 7-də İstanbulun "Qalatasaray" və "Fənərbağça" klubları Şanlıurfada Türkiyə Superkuboku matçında üz-üzə gələcək. Bundan əvvəl Koç ölkə çempionatında cari mövsümü "ən iyrənc" adlandırıb. Aprelin 2-də klubun idarə heyətinin iclası keçiriləcək, daha əvvəl bildirilib ki, "Fənərbaxça" Türkiyə çempionatından başqa ölkənin futbol liqasına keçmək variantını nəzərdən keçirir.

"Türkiyə Futbol Federasiyası (TFF) aprelin 7-si üçün biletləri satışa çıxarıb. Biz onları satmamışıq. Hazırda "Fənərbağça" azarkeşləri ilə danışıram. Zəhmət olmasa 7 aprel üçün bilet almayın və ya oyuna qatılmayın. Aprelin 2-nə qədər gözləyin", - deyə Koç açıqlamasında bildirib.

Martın 17-də Türkiyənin "Trabzonspor" futbol klubunun azarkeşləri komandalarının 2:3 hesabı ilə uduzduğu matçdan sonra meydançaya qaçaraq "Fənərbağça" futbolçularına hücum ediblər. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb. Bazar ertəsi məlum olub ki, İstanbul klubu başqa ölkə çempionatına keçmək imkanını nəzərdən keçirir.

2023/24 mövsümünün bitməsinə 8 tur qalmış "Fənərbağça" Türkiyə çempionatında "Qalatasaray"dan 2 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Fənərbağça azarkeşlərinə ÇAĞIRIŞ Oyuna bileti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ