Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Made in Germany'' erası başa çatır - ''El Pais''

''Made in Germany'' erası başa çatır - ''El Pais''

Tarix: 31 Mart 2024 21:52

Almaniyanın iqtisadiyyatı Ukrayna münaqişəsi fonunda iflasa uğramaq ərəfəsində idi, lakin problemlər bundan çox əvvələ gedib çıxır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu fikir "El Pais" qəzetində dərc olunan məqalədə deyilir.

Qeyd olunub ki, "Made in Germany" (Almaniyada istehsal olunub - qeyd.) sözünün erası başa çatmaq üzrədir - ölkənin sənaye istehsalı 2015-ci ildən bəri ümumilikdə 8% azalıb.

Nəşr qeyd edib ki, Ukraynadakı münaqişə Almaniyanın enerji tutumlu sənayesinə də ziyan vurub.

Məqalə müəllifinin fikrincə, iqtisadi tənəzzülün xüsusilə siyasətdə bir çox nəticələri var ki, bu da ölkədə 2025-ci ilə təyin edilmiş seçkilər zamanı vəziyyətə təsir göstərə bilər:

"Almaniyanın qonşularının bu ölkənin təchizat zəncirlərinə yüksək dərəcədə inteqrasiya olunduğunu nəzərə alsaq, Almaniyadakı böhranın həmişə Avropa böhranı olduğu aydınlaşır".

Qeyd edək ki, ölkənin ÜDM-si 2023-cü ildə əvvəlki illə müqayisədə 0,3% azalıb.


Etiketlər:  Made Germany erası başa çatır Pais


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ