Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Seçilsəm korrupsiyanı aradan qaldıracağam" dedi, güllələndi

Tarix: 2 Aprel 2024 10:12

Meksikanın Selaya şəhərinin bələdiyyə sədrliyinə namizəd Berta Gisela Qaytan Qutierrez güllələnərək öldürülüb.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, bu barədə "Proceso" jurnalı məlumat yayıb.

Bildirilir ki, seçki kampaniyası başlamazdan əvvəl atışma başlayıb. 

"Sosial mediada yayılan qısa videoda namizəd mühafizəçiləri və tərəfdarlarının müşayiəti ilə küçələrdə gedərkən ən azı altı atəş səsi eşidilir. Yaralıların sayı məlum deyil, lakin namizədin ölümü təsdiqlənib", - nəşr bildirib.

Həmçinin bildirilib ki, ölümündən bir neçə saat əvvəl Qutierres mətbuat konfransı keçirib və bu zaman o, seçki kampaniyasının müddəalarını açıqlayıb. O, qalib gəlsə, korrupsiyaya qarşı mübarizə aparmaq və təhlükəsizliyi yaxşılaşdırmaq niyyətində olduğunu açıqlayıb. Onun reytinqinin kifayət qədər yüksək olduğu və artmaqda davam etdiyi qeyd edilib.

Hadisədən sonra həmin partiyadan Quanaxuato ştatının qubernatorluğuna namizəd olan Alma Alkatraz matəm əlaməti olaraq seçki kampaniyasını dayandırdığını açıqlayıb.

Milli.Az


Etiketlər:  Seçilsəm korrupsiyanı aradan qaldıracağam dedi güllələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ