Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanın bir milyarderi var - O da DTX təcridxanasında

Ermənistanın bir milyarderi var - O da DTX təcridxanasında

Tarix: 2 Aprel 2024 20:48

Ermənistan milyarderi, separatçı Ruben Vardanyanın sərvəti bir ildə 100 milyon dollar azalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  dollar milyarderlərinin 38-ci qlobal reytinqində o, 1,1 milyard dollar sərvəti ilə 2545-ci yeri tutub.

Ötən il isə 1,2 milyard dollar sərvəti ilə Vardanyan, reytinqdə 2259-cu idi.

Qeyd edək ki, Vardanyan "Forbes"in qlobal reytinqində Ermənistandan olan yeganə milyarderdir. Buna səbəb onun 2021-ci ildə Ermənistan pasportu alması, 2022-ci ildə isə Rusiya pasportundan imtina etməsidir. Bundan əvvəl Amerika jurnalı Vardanyanı rus milyarderləri sırasına daxil etmişdi.

Xatırladaq ki, Ruben Vardanyan hazırda DTX-da aparılan cinayət işi üzrə İstintaq təcridxanasında məhkəməsini gözləyir.

Milli.Az


Etiketlər:  Ermənistanın bir milyarderi var O da DTX təcridxanasında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ