Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2024 12:36
Əgər belə bir xəbərdarlığa rəğmən, ordu Azərbaycan ərazisini atəşə tutubsa, demək Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var.
Sonxeber.net bildirir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu şəxsi feysbuk hesabında qeyd edib.
Baş nazir Nikol Paşinyan Brüsseldə ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşərkən Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində atışma qeydə alınırdı. Halbuki, Paşinyan Brüsselə yollanmadan əvvəl müdafiə nazirini sakit durmağı xəbərdar etməli idi. Əgər belə bir xəbərdarlığa rəğmən, ordu Azərbaycan ərazisini atəşə tutubsa, demək Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var. İkinci Qarabağ müharibəsi də belə başlamışdı. İndi bu təxribatlara cavab olaraq Azərbaycan ordusu Qazaxa bitişik 4 kəndə daxil olarsa, Belçika paytaxtında Paşinyana müxtəlif dəstək vədləri verənlər nə edəcəklər? Vaşinqton və Brüssel Paşinyana maliyyə ayıracaqlarını vəd ediblər, daha deməyiblər ki, Ermənistan ordusunun təxribatına cavab olaraq Azərbaycan ordusunun 4 kəndə daxil olmasını əngəlləyəcəklər.